525.Az

Millimizin sabiq üzvü bu kluba keçdi


 

Millimizin sabiq üzvü bu kluba keçdi<b style="color:red"></b>

Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkın "Sumqayıt"dan ayrılıb.

QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

O, "Serik Bələdiyyəspor"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərtanla 1 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Sərtan Taşkın ötən mövsüm "Sumqayıt"la Premyer Liqada 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlavə edək ki,  "Serik Bələdiyyəspor"un baş məşqçisi vaxtilə ölkəmizdə "Simurq"u çalışdırmış Sergey Yurandır.

 





20.07.2025    çap et  çap et