525.Az

ABŞ nümayəndəsi: Suriyanın cənubundakı münaqişə tərəfləri əsirləri dəyişdirməyə hazırlaşır


 

ABŞ nümayəndəsi: Suriyanın cənubundakı münaqişə tərəfləri əsirləri dəyişdirməyə hazırlaşır<b style="color:red"></b>

Suriyanın Əs-Suveyda əyalətində silahlı münaqişə tərəfləri nəhayət ki, hərbi əməliyyatları dayandırıb və əsirləri dəyişdirməyə hazırlaşır.

525.az "Report" a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak çıxış edib.

"Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) münaqişənin bütün tərəfləri hərbi əməliyyatların tam dayandırılmasına razılaşıblar. Davamlı deeskalasiya istiqamətində növbəti kritik addım əsirlərin və girovların mübadiləsi olmalıdır", - nümayəndə qeyd edib.

 





20.07.2025    çap et  çap et