525.Az

Rusiyadan Ukraynaya hava hücumu - ölən və yaralananlar var


 

Rusiyadan Ukraynaya hava hücumu - <b style="color:red"> ölən və yaralananlar var</b>

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində bir nəfər ölüb.

525.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko öz teleqram hesabında bildirib.

O, rusların gecə və səhər tezdən Kiyevin müxtəlif rayonlarına hava zərbələri endirdiyini vurğulayıb.

Hücumlara görə şəhərin müxtəlif yerlərində yanğınların başladığını qeyd edən Kliçko, axtarış-xilasetmə qruplarının işlərini davam etdirdiyini bildirib.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti yaydığı açıqlamada, ilkin məlumatlara görə, hücumlar nəticəsində Kiyevdə bir nəfərin öldüyünü bildirib.

Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya hərbçilərinin Ukraynanın İvano-Frankovsk bölgəsinə hücumu nəticəsində biri uşaq olmaqla 4 nəfər yaralanıb.

İbrahim Cəfərov

 





21.07.2025    çap et  çap et