Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI qırıcı-təlim təyyarəsi bu gün səhər Dəkkədə yerləşən "Milestone" kollecinin ərazisinə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə kollecin 2 mərtəbəli binasının girişinə çırpılıb.
Hadisə anında kollecdə dərslər yekunlaşdığından binada adam az olub, 1 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti tələbədir.
Qəza nəticəsində partlayış olub, ardınca isə yanğın başlayıb. Yanğınsöndürənlər qısa zamanda alovu ram edə biliblər.
Qeyd edək ki, qəzanın baş vermə səbəbləri bilinmir. Həmşinin, ekipaj üzvlərinin taleyi də bəlli deyil.
L.Tağıyeva
çap et