525.Az

Rublun kursu yenə düşür


 

Rublun kursu yenə düşür<b style="color:red"></b>

Rusiyada 2015-ci ilin ilk valyutadəyişmə əməliyyatlarında rublun kursu yenidən enməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rubl əvvəlcə dollar və avroya nisbətdə 3 rubldan çox ucuzlaşıb, 1 dollar 59.35 rubl, 1 avro 71.95 rubl olub. Daha sonra kurs bir az sabitləşib və 1 dollar 58,02 rubl, 1 avro 70 rubl təşkil edib.
 
Rublun yenidən ucuzlaşmasının səbəbi neftin qiymətində növbəti azalma ilə bağlıdır. Belə ki, Brent markalı neftin qiyməti 55 dollara enib.  

 





05.01.2015    çap et  çap et