525.Az

Husilər İsrailin beş obyektinə PUA ilə hücum edib


 

Husilər İsrailin beş obyektinə PUA ilə hücum edib<b style="color:red"></b>

Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndəsi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə İsraildə beş obyektə hücum edildiyini açıqlayıb.

Bu barədə 525.az “Report” -a istinadən xəbər verir.

Məlumata görə, hədəflər Ben-Qurion Beynəlxalq Hava Limanı, Eylat dəniz limanı və bir neçə hərbi obyekt olub.

Hücumların husilərin Fələstinə dəstək məqsədilə İsrailə qarşı davam edən kampaniyası çərçivəsində həyata keçirildiyi qeyd edilir.

 





21.07.2025    çap et  çap et