525.Az

Çin-Aİ liderlərinin növbəti sammiti keçiriləcək


 

Çin-Aİ liderlərinin növbəti sammiti keçiriləcək<b style="color:red"></b>

Çin və Avropa İttifaqı liderlərinin sayca 25-ci görüşü Pekində keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı əvvəlcədən razılaşdırıldığı kimi, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula von der Leyen iyulun 24-də Çinə səfər edəcəklər. Çin Sədri Si Cinpin onlarla görüş keçirəcək.

Çin Dövlət Şurasının Baş naziri Li Çyan Aİ liderləri Koşta və Ursula von der Leyen ilə birgə Çin-Aİ sammitinə həmsədrlik edəcəklər.

Pərvanə Sultanova

 





21.07.2025    çap et  çap et