525.Az

ABŞ və Almaniya Ukraynaya yardımla bağlı razılaşmaya yaxınlaşıb


 

ABŞ və Almaniya Ukraynaya yardımla bağlı razılaşmaya yaxınlaşıb<b style="color:red"></b>

Almaniya və ABŞ Ukraynaya iki “Patriot” zenit-raket kompleksinin təhvil verilməsinə dair saziş bağlamağa yaxındır.

525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Anlaşma o deməkdir ki, Berlin öz ehtiyatlarından Kiyevə iki “Patriot” batareyası göndərəcək və ABŞ prezidenti Donald Trampın administrasiyası silahların sənaye ehtiyatları ilə əvəzlənməsinə razılıq verəcək”, - agentlik yazıb.

Məqalədə, həmçinin Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn formatı) onlayn iclasında ABŞ-la danışıqların təfərrüatlarına varmadan, Berlinin öz töhfəsini verəcəyini, Ukraynaya mümkün qədər tez ümumilikdə beş “Patriot” sistemini göndərəcəyinə dair fikirəri xatırladılıb.

Pərvanə Sultanova

 

 





21.07.2025    çap et  çap et