525.Az

Erməni arxiyepiskop deputat və məmurlarla bağlı məhkəməyə müraciət edib


 

Erməni arxiyepiskop deputat və məmurlarla bağlı məhkəməyə müraciət edib<b style="color:red"></b>

Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan bir qrup şəxsə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət edib.

525.az-ın erməni KİV-inə istinadən verdiyi məlumata görə, onların arasında siyasətçilər, məmurlar və ictimai xadimlər var.

Din xadimi ən böyük kompensasiyanı deputat Vaaqn Aleksanyandan - 9 milyon dram (təxminən 23 min dollar) tələb edir.

Səhiyyə naziri Anait Avanesyan, "Respublika" partiyasının lideri Aram Sarkisyan və onun partiya yoldaşları Ani Xaçatryan və Hayk Saakyan hər biri 3 milyon dram (7500 dollar) tələb olunur. İctimai xadimlər Arutyun Mkrtçyan və Stepa Safaryana qarşı da məhkəməyə müraciət edilib ("Report").

 





22.07.2025    çap et  çap et