525.Az

Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat alıb


 

Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat alıb<b style="color:red"></b>

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

525.az-a bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 





22.07.2025    çap et  çap et