525.Az

Timsahlar 14 yaşlı uşağı parçaladı


 

Timsahlar 14 yaşlı uşağı parçaladı<b style="color:red"></b>

Faciəvi hadisə Meksikada, Lasaro Kardenas şəhərində baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, su kanalına yıxılan 14 yaşlı uşağa bir neçə timsah eyni anda hücum edib.

Andres Alexandro Santana Ernandes adlı uşağın valideynləri övladlarına heç cür kömək edə bilməyiblər və timsahlar onların gözü qarşısında uşağı parçalayıb.

Qeyd edək ki, əraziyə xilasedicilər çağırılıb. Uşağın qalıqlarının axtarışına başlanılsa da, bir nəticə hasil olmayıb.

L.Tağıyeva

 





22.07.2025    çap et  çap et