525.Az

100 kiloqrama yaxın zümrüd hərraca çıxarıldı


 

100 kiloqrama yaxın zümrüd hərraca çıxarıldı<b style="color:red"></b>

Braziliyada 92,5 kq ağırlığında təbii halda olan  zümrüd hərraca çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərrac avqustun 8-də Rio-de-Janeyroda keçiriləcək.

Qeyri-adi lotun ilkin qiyməti 100 milyon realdır (18 milyon dollar). Onun ölçüləri də kifayət qədər böyükdür. Hündürlüyü, uzunluğu və eni müvafiq olaraq 68, 43 və 40 sm-dir.

Qeyd edək ki, hərraca çıxarılan qiymətli daş Braziliyanın Bayia ştatında tapılıb.

L.Tağıyeva

 





22.07.2025    çap et  çap et