Dünən səhər saatlarında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı-təlim təyyarəsinin kollec ərazisinə düşməsi nəticəsində ölənsərin sayı 27-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 25-i 12 yaşına çatmamış uşaqlardır.
Həyatını itirən digər 2 nəfər isə pilot və kollecin müəllimidir. Ümumilikdə 78 nəfərin yaralandığı bildirilir. Xəsarət alanlardan 5-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, F-7 BGI qırıcı-təlim təyyarəsi Dəkkədə yerləşən "Milestone" kollecinin 2 mərtəbəli binasının girişinə çırpılıb. Qəzanın səbəbləri hələ də məlum deyil.
L.Tağıyeva
çap et