525.Az

Çin ABŞ-ı dialoq və təmaslar yolu ilə qarşılıqlı anlaşmanı gücləndirməyə çağırıb


 

Çin ABŞ-ı dialoq və təmaslar yolu ilə qarşılıqlı anlaşmanı gücləndirməyə çağırıb<b style="color:red"></b>

Pekin ümid edir ki, Birləşmiş Ştatlar Çinlə qarşılıqlı anlaşmanı gücləndirmək, anlaşılmazlıqları azaltmaq, dialoq və ünsiyyət vasitəsilə əməkdaşlığı genişləndirmək üçün birgə işləyəcək.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun ABŞ-la ticari-iqtisadi əlaqələrə dair suala cavab olaraq deyib.

Onun sözlərinə görə, tarif məsələlərində Çinin mövqeyi ardıcıl və aydındır: "Ümid edirik ki, ABŞ iki dövlət başçısının telefon danışığı zamanı əldə etdiyi mühüm konsensusu həyata keçirmək üçün Çinlə birlikdə çalışacaq və Çin-ABŞ ticari-iqtisadi məsləhətləşmə mexanizminin rolunu tam şəkildə yerinə yetirəcək".

Diplomat ABŞ-ı ikitərəfli münasibətlərin sabit, sağlam və davamlı inkişafına kömək etmək üçün Çinlə əməkdaşlığa çağırıb.

Pərvanə Sultanova

 





22.07.2025    çap et  çap et