525.Az

ABŞ, İsrail və Suriya təhlükəsizlik toplantısı keçirəcək


 

ABŞ, İsrail və Suriya təhlükəsizlik toplantısı keçirəcək<b style="color:red"></b>

ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

525.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, danışıqlara ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak başçılıq edəcək.

Bu, bölgədəki son gərginlikdən və İsrailin Dəməşqə zərbələrindən sonra ilk görüş olacaq.

Qeyd olunub ki, əsas diqqət Suriyanın cənubunda təhlükəsizlik tədbirlərinə, həmçinin gələcək böhranların qarşısını almaq üçün ölkələr arasında koordinasiyanın gücləndirilməsinə yönəldiləcək.

Görüşün yeri hələlik açıqlanmayıb.

Bundan əvvəl Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Çaxi Xaneqbi və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında danışıqlar olub.

 





22.07.2025    çap et  çap et