525.Az

Müdafiə Nazirliyində yeni təyinat


 

Müdafiə Nazirliyində yeni təyinat<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.
 

APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməgtindən APA-ya faktı təsdiqləyiblər.
 
“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətinin məlumatında deyilir.
 





05.01.2015    çap et  çap et