525.Az

Bakıda Qazaxıstan kinosu ayı keçirilir


 

Bakıda Qazaxıstan kinosu ayı keçirilir<b style="color:red"></b>

Bakıda Qazaxıstan kinematoqrafiyasına həsr olunmuş ay Aydın Saxaman tərəfindən çəkilmiş, əfsanəvi musiqi ansamblı “Dos-Mukasan” haqqında filmlə start götürüb. 

525.az xəbər vetir ki, film açıq hava kinoteatrı formatında nümayiş olunub. Tədbir çərçivəsində istedadlı azərbaycanlı musiqiçilərin və müğənnilərin çıxış etdiyi konsert proqramı da təşkil edilib.

Tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel, yaradıcı ziyalılar, diplomatik korpusun üzvləri, media nümayəndələri, Bakıda yaşayan qazaxıstanlılar və Qazaxıstan incəsənətini sevənlər iştirak ediblər.

Kinomarafon çərçivəsində digər filmlərin nümayişi də planlaşdırılır.

Pərvanə Sultanova

 





23.07.2025    çap et  çap et