İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Suriya ordusunun ölkənin mərkəzi hissəsindəki Homs əyalətində yerləşən anbarlarına hava zərbələri endirib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə hücum edib. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.
İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl Suriyanın hökumət qüvvələrinin Əs-Suveyda şəhəri və druzların kompakt yaşadığı əraziləri tərk etməyəcəyi təqdirdə hücumlarla bağlı xəbərdarlıq etmişdi.
çap et