525.Az

"Barselona" Reşfordun transferini açıqladı


 

"Barselona" Reşfordun transferini açıqladı<b style="color:red"></b>

"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Reşfordun transferini açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli hücumçu icarə əsasında yeni komandasında çıxış edəcək.

27 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Müqavilədə satınalma şərti də var.

Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted”in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. 

 





23.07.2025    çap et  çap et