525.Az

Azərbaycanlı futbolçu Xorvatiya klubunda


 

Azərbaycanlı futbolçu Xorvatiya klubunda<b style="color:red"></b>

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ölkənin əsas çempionatında mübarizə aparan "Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb.

Onun klubla danışıqları "Asadov Pro Bridge" agentliyinin rəhbəri Emin Əsədov tərəfindən aparılıb.

Qeyd edək ki, Rüfət Abdullazadə karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. O, son klubu "Səbail"dən ötən həftə ayrılıb.

 





24.07.2025    çap et  çap et