525.Az

Argentinada məşhur şirkətin diş məcunu qadağan edildi


 

Argentinada məşhur şirkətin diş məcunu qadağan edildi<b style="color:red"></b>

 

Argentinada Colgate şirkətinin istehsalı olan "Colgate Total Clean Mint" diş məcununun satışına qadağa qoyulub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb alıcılar tərəfindən müvafiq qurumlara çoxsaylı şikayətlərin daxil olmasıdır.

Belə ki, 20-dən çox argentinalı bu diş məcunundan istifadə etdikdən sonra dərinin ağızətrafı hissəsində yara və suluq əmələ gəlməsindən, ağrımasından şikayətləniblər. 

Qeyd edək ki, məcnunun istehsal edildiyi Braziliyada vəziyyət daha pisdir. Ötən ilin iyulundan bəri 11 mindən çox istehlakçı bənzər hallardan şikayətçi olub. 

L.Tağıyeva

 





24.07.2025    çap et  çap et