525.Az

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 15 yaralı


 

Azərbaycanda dəhşətli qəza: <b style="color:red">3 ölü, 15 yaralı</b>

Ötən axşam Azərbaycanda dəhşətli yol qəzası baş verib. 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 15-ci km-də, Ağdaşın Şıxı kəndi ərazisində Ağdaş-Mingəçevir marşurutu ilə hərəkət edən “Mercedes” markalı mikroavtobus BMW markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusun sürücüsü, mikroavtobusda olan 14 sərnişin və minik avtomobilində olan sərnişinlər müxtəlif bədən xəsarəti alıb. Yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi xəsarət alanlar təcili yardım xidməti və vətəndaşlar tərəfindən Ağdaş rayon mərkəzi xəstəxanasına aparılıblar.

Minik avtomobilinin sürücüsü A. X. Orucov və avtomobildə olan sərnişinlər 52 yaşlı Məmmədov Maarif Möhsüm oğlu və 45 yaşlı Əliyev Mürvət Həmid oğlu aldığları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıblar.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 





24.11.2012    çap et  çap et