525.Az

Rahil Məmmədov "Araz-Naxçıvan"da


 

Rahil Məmmədov "Araz-Naxçıvan"da<b style="color:red"></b>

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

R. Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, "Araz-Naxçıvan" bunadək Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keytanı ("Konyaspor", Türkiyə) sıralarına qatıb.

 





25.07.2025    çap et  çap et