525.Az

Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb


 

Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Xarkovda yerləşən Vərəm Dispanserinə havadan endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 17 nəfər xəsarət alıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən bildirib.

"Son məlumatlara görə, həkimlər 17 nəfərə, o cümlədən 12 yaşlı qıza tibbi yardım göstəriblər", - o qeyd edib.

O.Sinequbov dəqiqləşdirib ki, zədələnmiş tibb müəssisəsinin əməkdaşı xəstəxanadadır. Digər xəsarət alanlara yerində lazımi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməyiblər.

 





25.07.2025    çap et  çap et