525.Az

ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir


 

ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

“Biz bu vəziyyətin bütün aspektlərini nəzərdən keçiririk. Ola bilər ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edək”, - Ağ Ev rəhbəri qeyd edib.

 





25.07.2025    çap et  çap et