525.Az

Fon der Lyayen iyulun 27-də Trampla tarifləri müzakirə edəcək


 

Fon der Lyayen iyulun 27-də Trampla tarifləri müzakirə edəcək<b style="color:red"></b>

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 27-də ABŞ Prezidenti Donald Trampla Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ticarət əlaqələrini müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“ABŞ prezidenti ilə məhsuldar söhbətdən sonra biz transatlantik ticarət əlaqələri və onların gücləndirilməsi yollarını müzakirə etmək üçün bazar günü Şotlandiyada görüşməyə razılaşdıq”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Tramp Aİ ilə rüsumlarla bağlı uğurlu razılaşma əldə etmək şansının 50 % və ya bir qədər az olduğunu bəyan etmişdi.

 





25.07.2025    çap et  çap et