Alma-Ata vilayətində "Eurocopter EC-145" hərbi helikopteri radarlardan itib.
525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.
Məlumatda həmçinin, helikopterdə 3 ekipaj üzvünün olduğu bildirilir. Hazırda helikopterin qəzaya uğraya biləcəyi ərazidə axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, "Airbus Helicopters"in istehsal etdiyi iki mühərrikli "Eurocopter EC-145" müxtəlif məqsədlər üçün nəzərdə tutulub. Qazaxıstan silahlı qüvvələrinin balansında 8 belə helikopter var.

L.Tağıyeva
çap et