525.Az

Azərbaycan ət idxalını 15 %-dən çox azaldıb


 

Azərbaycan ət idxalını 15 %-dən çox azaldıb<b style="color:red"></b>

Bu ilin I yarısında Azərbaycan 22 min 396 ton ət idxal edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 47 milyon 181 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən iin eyni dövrü ilə müqayisədə həcm baxımından 4 069 ton (15,3 %), dəyər baxımından isə 11 milyon 439 min ABŞ dolları (19,5 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

 





26.07.2025    çap et  çap et