525.Az

Rusiyada Azərbaycandan olan qanunsuz miqrantlar saxlanılıb


 

Rusiyada Azərbaycandan olan qanunsuz miqrantlar saxlanılıb<b style="color:red"></b>

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Miqrasiya Xidmətinin əməkdaşları İnquşetiyanın Maqas şəhərində 20 Azərbaycan vətəndaşını saxlayıblar.

Azərbaycanlıların İnquşetiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları müəyyənləşib.
 
APA-nın FTX-nin yerli idarəsinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, axlanılan şəxslər muxtar respublika ərazisində tikinti işlərində çalışıblar. Onlar tikinti işlərinə yerli sakinlərin dəvəti ilə cəlb olunublar. Nəticədə, Azərbaycan vətəndaşları inzibati məsuliyyətə cəlb olunaraq ümumilikdə 80 min rubl məbləğində cərimə olunublar.
 
Maqas rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan üç nəfər Rusiyadan çıxarılıb. Hazırda dövlət qurumlarının əməkdaşları əcnəbilərin İnquşetiyaya qanunsuz gəlişinin təşkilində iştirak etmiş şəxsləri müəyyənləşdirməyə çalışırlar. Qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şəxslər isə 16 mln. rubl həcmində cərimə oluna bilər.
 
Qeyd edək ki, hazırda Rusiya ərazisində qanunsuz miqrantların sayının 3-5 mln. nəfər olduğu bildirilir.

 





24.11.2012    çap et  çap et