525.Az

"Şamaxı" böyük hesabla "Kəpəz"ə qalib gəldi


 

"Şamaxı" böyük hesabla "Kəpəz"ə qalib gəldi<b style="color:red"></b>

Bu gün "Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçirilib.

525.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş "Şamaxı"nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq. 

 





26.07.2025    çap et  çap et