525.Az

Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər


 

Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makronla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə E.Makron “X”dəki hesabında paylaşım edib.

Fransa lideri bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.

“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - Makron sosial şəbəkə hesabında yazıb.

 





27.07.2025    çap et  çap et