525.Az

Neftin qiyməti 50 dollara düşdü


 

Neftin qiyməti 50 dollara düşdü<b style="color:red"></b> Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir.
 
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.
 
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.
 
Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.
 
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.
 





06.01.2015    çap et  çap et