525.Az

Hindistanın şimalında məbəddə izdiham nəticəsində 8 nəfər ölüb


 

Hindistanın şimalında məbəddə izdiham nəticəsində 8 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Minlərlə zəvvar dar pilləkənlə təpənin başında yerləşən Mansa Devi məbədinə doğru gedib. İlkin məlumatlara görə, elektrik kabelinin düşməsi ilə zəvvarlar arasında çaxnaşma başlayıb.

İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar və izdiham başlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 





27.07.2025    çap et  çap et