525.Az

Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır


 

Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır<b style="color:red"></b>

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə 525.az-a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.

 





27.07.2025    çap et  çap et