525.Az

İsrail müdafiə naziri Xameneini təhdid etdi


 

İsrail müdafiə naziri Xameneini təhdid etdi<b style="color:red"></b>

İsrail müdafiə naziri İsrael Katz İranla 12 günlük müharibədə əldə edilmiş atəşkəsdən bir ay sonra İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib.

525.az APA-ya istinadən xəbər verir ki, Katz bu barədə İsrailin cənubundakı Ramon aviabazasına səfəri zamanı danışıb.

"Mən diktator Xameneiyə mesajımı aydın şəkildə çatdırmaq istəyirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana və xüsusən də sizə daha böyük güclə çatacaq. Təhdid etməyin, yoxsa zərər görəcəksiniz", - Katz qeyd edib.

 





27.07.2025    çap et  çap et