525.Az

“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi


 

“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi<b style="color:red"></b>

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” - “Araz-Naxçıvan” görüşünü yayımlayacaq kanal müəyyənləşib.

525.az-a Naxçıvan klubunun mətbuat xidmətindən verilən məlumata görə, görüşü azarkeşlərə “İdman TV” təqdim edəcək.

İyulun 31-də Salonikidən canlı yayımlanacaq matç saat 22:15-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qələbə qazanıb.

 





28.07.2025    çap et  çap et