525.Az

Elmar Baxşıyevin köməkçiləri ilə bağlı yeni qərar


 

Elmar Baxşıyevin köməkçiləri ilə bağlı yeni qərar<b style="color:red"></b>

"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalayıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə müqavilə 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Naxçıvan təmsilçisi bunadək Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Elçin Mustafayev və Turan Vəlizadə ilə müqaviləni uzadıb.

 





28.07.2025    çap et  çap et