Misir Qəzza zolağına 1500 ton humanitar yardım göndərib.
525.az xəbır verir ki, Misir Qırmızı Aypara Cəmiyyəti humanitar karvanın 135 yük maşınından ibarət olduğunu açıqlayıb.
“Misir Qırmzı Aypara Cəmiyyətinin təşkil etdiyi humanitar karvan yardım kampaniyasının ikinci günündə Kerem-Şalom keçidi vasitəsilə Qəzza zolağının cənubuna ərzaq və humanitar yardım göndərib. Ümumilikdə 965 ton müxtəlif məhsullar olan ərzaq səbətləri, 350 tona yaxın un, 200 ton şəxsi gigiyena vasitələri göndərilib.
Kampaniyanın ilk günü, iyulun 27-də 1200 tondan çox ərzaq, o cümlədən 840 tondan çox un, 450 ton ərzaq səbəti daşıyan 100-dən çox yük maşını yola salınıb”, - məlumatda deyilir.
Bu təşəbbüs Misirin Qəzza zolağının sakinlərinə ərzaq yardımı göstərmək səylərinin bir hissəsidir.
2024-cü ilin aprelində Misir Qəzza zolağına çatan humanitar yardımın həcminin kifayət qədər olmamasından narahatlığını ifadə edib. Misir Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, beynəlxalq ictimaiyyət Qəzza əhalisinə kifayət qədər yardımın təmin edilməsi üçün birləşməlidir.
Pərvanə Sultanova
çap et