Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi fəaliyyətinə qadağa qoyulub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı şəhərin qubernatoru Aleksandr Beqlov müvafiq sənədə imza atıb.
Məqsəd təhlükəsizliyi, xidmətin keyfiyyətini, ölkə vətəndaşlarının işlə təminatını yaxşılaşdırmaqdır.
Taksi şirkətlərinin sahiblərinə miqrantlarla olan əmək müqavilələrinə 3 ay müddətində xitam verilməsi tapşırılıb.
Qeyd edək ki, qərar 10 gün sonra qüvvəyə minəcək.
L.Tağıyeva
çap et