Hindistanda 1 yaşlı uşaq ona sarılmaq istəyən kobranı dişləyərək öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bihar ştatının Bettia şəhərciyində baş verib.
Övladlarına ilan sarıldığını görən valideynlər köməyə tələssələr də, sürünənin hərəkətsiz olduğunun fərqinə varıblar. Demə, Qovind Kumar adlı uşaq kobranı gəmirərək öldürübmüş.
Amma uşağa da zərər dəyib. Belə ki, ilan ölməmişdən uşağı sanca bilib. Dərhal təcili yardım məntəqəsinə çatdırılan körpə həkimlərin səyi nəticəsində sağ qalıb.
Qeyd edək ki, Qovind ambulator müalicəyə buraxılsa da, gündəlik müayinədən keçirilir.
L.Tağıyeva
çap et