525.Az

Pavel Durov Paris məhkəməsində təxminən on saat dindirilib


 

Pavel Durov Paris məhkəməsində təxminən on saat dindirilib<b style="color:red"></b>

“Telegram” messencerinin qurucusu Pavel Durov 10 saata yaxın davam edən, üçüncü dəfə dindirilmədən sonra Parisdəki məhkəmə binasını tərk edib.

Bu barədə 525.az “Report” a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Durov vəkillərin müşayiəti ilə Paris vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə təxminən saat 22:00-red) Paris tribunalının binasını tərk edib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və sürətlə avtomaşınına tərəf gedib.

Qeyd olunur ki, iki hakim Durovu 2024-cü ilin avqustunda Fransada həbs edildikdən sonra mahiyyəti üzrə üçüncü dəfə dindirib.

 





28.07.2025    çap et  çap et