525.Az

Xırdalandakı partlayışda 2 nəfər ölüb


 

Xırdalandakı partlayışda 2 nəfər ölüb<b style="color:red"></b>

Xırdalan şəhərində partlayış baş verib.

Abşeron rayon prokuroru Qənimət Səfərov hadisənin bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alındığını bildirib. Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.

APA

 





06.01.2015    çap et  çap et