525.Az

Dmitri Peskov Türkiyəyə minnətdarlıq etdi


 

​​​​​​​PUTİN-TRAMP GÖRÜŞÜ TÜRKİYƏDƏ KEÇİRİLƏ BİLƏRMİ?

Dmitri Peskov Türkiyəyə <b style="color:red"> minnətdarlıq etdi</b>

Rusiya Prezidentinin mətbuat katibi, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna məsələsinin həlli istiqamətində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdar olduqlarını bildirib.

525.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

“Türkiyə danışıqlarda iştirak edən bütün tərəfləri qane edir. Danışıqların aparılması üçün yaratdığı şəraitə görə də Türkiyə rəhbərliyinə minnətdarıq”, - deyə Kremlin sözçüsü qeyd edib.

D.Peskov Rusiya və ABŞ prezidentlərinin görüşünün Türkiyədə keçirilməsi ehtimalına da toxunub: “Bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğan siyasi iradə nümayiş etdirib. Ancaq bu istiqamətdə hələlik konkret bir irəliləyiş yoxdur”.

İbrahim Cəfərov

 





29.07.2025    çap et  çap et