525.Az

Çin Filippini dəniz gərginliyini dayandırmağa çağırıb


 

Çin Filippini dəniz gərginliyini dayandırmağa çağırıb<b style="color:red"></b>

Çin Filippini dəniz məsələlərində gərginlik yaradan addımlardan çəkinməyə çağırıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə bildirib.

Qeyd edək ki, Filippin və Birləşmiş Ştatlar bu yaxınlarda hərbi əməkdaşlığı genişləndirdiklərini bəyan ediblər. Çinli diplomat bu məsələyə münasibət bildirərəkən deyib ki, Çin Filippini dəniz gərginliyini artırmaq məqsədi ilə digər ölkələrlə sövdələşməni dayandırmağa çağırır.

Pərvanə Sultanova

 





29.07.2025    çap et  çap et