525.Az

Güclü yağışlar 30 nəfərin həyatına son qoydu


 

Güclü yağışlar 30 nəfərin <b style="color:red"> həyatına son qoydu</b>

Çində davam edən güclü yağışlar nəticəsində yaranan daşqınlar səbəbilə onlarla insan həyatını itirib.

525.az xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) yaydığı məlumata görə, təbii fəlakət nəticəsində ən azı 30 nəfər həlak olub. Pekinin Miyun bölgəsində 28, Yançınq bölgəsində isə 2 nəfər ölüb.

Aramsız yağan leysan avtomobil yollarında ciddi zərər yetirib, bəzi bölgələrdə elektrik təchizatı pozulub.

Şəhərdə selə qarşı mübarizə tədbirləri sürətləndirilib, itkin düşən şəxslərin axtarış-xilasetmə işləri davam edir.

Son məlumata əsasən, indiyədək 80 min 332 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.

Ləman İlkin

 





29.07.2025    çap et  çap et