525.Az

Tailand ordusu 18 kambocalını əsir götürüb


 

Tailand ordusu 18 kambocalını əsir götürüb<b style="color:red"></b>

 

Tailand hərbi qüvvələri hərbi toqquşmalar zamanı 18 kambocalı hərbçini əsir götürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının komandanı, general-mayor Vintxay Suvari bugünkü açıqlamasında bildirib.

General-mayorun sözlərinə görə, kambocalı hərbçilər Sisaket əyalətindəki döyüşlər zamanı döyüşsüz əsir düşüblər. Onlardan 1-i leytenant, digərləri isə serjant və əsgərdir.

Qeyd edək ki, Tailand tərəfi əsirlərlə Venesiya konvensiyasına uyğun davrandıqlarını, yaralılara yardım göstərildiyini də bildirib.

L.Tağıyeva

 





29.07.2025    çap et  çap et