525.Az

Azərbaycanlı hakim UEFA Superkubokunun oyununa təyinat aldı


 

Azərbaycanlı hakim UEFA Superkubokunun oyununa təyinat aldı<b style="color:red"></b>

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.

 





30.07.2025    çap et  çap et