525.Az

Avstraliyada uşaqlar üçün yutub da qadağan olunur


 

Avstraliyada uşaqlar üçün yutub da <b style="color:red"> qadağan olunur</b>

Avstraliya hökuməti, 16 yaşdan kiçik uşaqlara tətbiq olunacaq və dünyada ilk olacaq sosial media qadağasına yutub platformasını da əlavə edib. Halbuki daha əvvəl bu platformanın qadağadan azad ediləcəyi bildirilmişdi.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, dekabr ayından etibarən TikTok, instaqram, feysbuk, X və snapçatla yanaşı, yutubda da 16 yaşdan kiçik şəxslərin hesab yaratması qadağan olunacaq.

Bununla belə, yeniyetmələr yutub videolarını izləməyə davam edə biləcəklər, lakin kontent yükləmək və ya platforma ilə qarşılıqlı əlaqə qurmaq üçün lazım olan hesabları saxlaya bilməyəcəklər.

Yutubun sahibi olan quql isə verdiyi açıqlamada platformanın uşaqlara fayda və dəyər təqdim etdiyini bildirərək, yutubun sosial media kimi qəbul edilməməli olduğunu iddia edib.

Ləman İlkin

 





30.07.2025    çap et  çap et