525.Az

Cənubi Koreyada istilər 13 nəfərin həyatına son qoyub


 

Cənubi Koreyada istilər 13 nəfərin <b style="color:red"> həyatına son qoyub</b>

Cənubi Koreyada davam edən şiddətli istilər həyat üçün təhlükə yaratmağa davam edir.

525.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, ölkədə müşahidə olunan isti hava şəraiti həyatın müxtəlif sahələrinə mənfi təsir göstərir.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) yaydığı məlumata əsasən, may ayından etibarən ümumilikdə 2 768 nəfər istilə bağlı sağlamlıq problemləri səbəbilə təcili yardım şöbələrinə müraciət edib. Bildirilib ki, bu şəxslərdən 13-ü həyatını itirib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə, xəstə sayı təxminən 2,6 dəfə, ölüm sayı isə 3 dəfədən çox artıb.

Hazırda ölkənin bir çox bölgəsində istiliklə bağlı xəbərdarlıqlar qüvvədədir. Mütəxəssislər növbəti günlərdə istilərin daha da şiddətlənəcəyi barədə xəbərdarlıq ediblər.

Ləman İlkin

 





30.07.2025    çap et  çap et