525.Az

Fişəng fabrikində partlayış - 9 ölü


 

Fişəng fabrikində partlayış -<b style="color:red"> 9 ölü</b>

Taylandın Kançanaburi əyalətinin Mueang bölgəsində hava fişəngi istehsal edilən bir binada baş verən partlayış nəticəsində 9 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib. Partlayışdan dərhal sonra hadisə yerinə gələn polis əməkdaşları 9 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını təsdiqləyib.

Yaralı şəxs xəstəxanaya çatdırılıb. Partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.

Ləman İlkin

 





30.07.2025    çap et  çap et